Yaddas kitabcasi

Bir az da vicdanımızın səsini dinləsək, nə olar?

Mən Mirdaməd müəllim haqqında əvvəllər də eşitmişdim. İqtisad Universitetində işlədiyini bilirdim və sonra da Gəncə Dövlət Aqrar Universitetində rektor işləyəndə də həmişə xoş sorağını eşitmişəm. İnsanlara doğru yol göstərən, işlədiyi yerin daim inkişafı üçün çalışan, tanıdığı, tanımadığı hər kəsin qayğısına qalan kimi, ən əsası səmimi bir insan kimi sorağını eşitmişəm. Bütün bunları eşidəndə həmyerli kimi fəxarət hissi duymuşam.
Bir az da vicdanımızın səsini dinləsək, nə olar?

Mən Mirdaməd müəllim haqqında əvvəllər də eşitmişdim. İqtisad Universitetində işlədiyini bilirdim və sonra da Gəncə Dövlət Aqrar Universitetində rektor işləyəndə də həmişə xoş sorağını eşitmişəm. İnsanlara doğru yol göstərən, işlədiyi yerin daim inkişafı üçün çalışan, tanıdığı, tanımadığı hər kəsin qayğısına qalan kimi, ən əsası səmimi bir insan kimi sorağını eşitmişəm. Bütün bunları eşidəndə həmyerli kimi fəxarət hissi duymuşam.
Məlum yanvar hadisələrində İsmayıllıda baş verənlər üçün təlaş, həm də təəssüf hissi keçirdim. Amma hər şey olacağına varır. Bu da olmalı idi ki, İsmayıllı da köklü dəyişikliklərin yaranmasına zəmin yaransın. (Gözəlliyi ilə məşhur olan Göy-göl də zəlzələdən sonra yaranıbmış). Bu “zəlzələ”dən sonra gedən proseslərdə Mirdaməd müəllim Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə İsmayıllı rayon İcra başçısı təyin olunanda çox sevinmişdim. (Hətta bunun üçün çox adamları sözün əsil mənasında muştuluqladım. Gözləməsəm də muştuluqlarımı verdilər ) Mirdaməd müəllimi rayona başçı təyin olunması münasibətilə məni başqa rayonlardan təbrik edənlər də oldu. Ən çox Gəncədən. Amma təəssüfləndiklərini də bildirdilər, çünki Mirdaməd müəllim Gəncə Aqrar Universitetinin inkişafı üçün çox işlər görən biri kimi dəyərli insandır onlar üçün, Gəncədən getdiyi üçün heyfləndiklərini bildirdilər. Universitet tələbələri ilə səmimi, dostyana münasibətdə olubmuş. Tələbələr üçün də çox dəyərli İNSAN olub.
Və Mirdaməd müəllim İsmayıllıya gəldi. Xoş gəldi. Gəlişi xoş oldu, amma qalmağı … Kim çəkərdi ki, bu qədər yükü ?!
İnkişafdan geri qalmış rayona, ümidsiz insanlar içinə gəldi, qaldı Mirdaməd müəllim. Vətənini, torpağını sevən, dəyər verən bir insan üçün illərlə yığılıb qalan, problemlərlə dolu İsmayıllıya gəldi. Ümidi rəhbər işçilərdən qırılmış, maddi cəhətdən çətinlik çəkən və mənəvi yorğun olan, ümidini tək Allaha bağlayıb yaşayan insanların yanına gəldi. Əvvəlki illərdə heç kim heç kəsə şikayət etmirdi, sözünü deyə bilmirdi artıq, çünki aldıqları cavab – “Get, kimə nə istəyirsən, de!“ olurdu. Zəhmət çəkən insanları da vardı İsmayıllının, onların zəhmətini danmaq olmaz. Bəlkə də İsmayıllı o insanların əziyyəti hesabına bir balaca ayaqda qala bilmişdi . İsmayıllının iş görənləri də vardı, vəzifədə oturmaq xatirinə, vəzifədə qalib iş görmək istəməyənləri də vardı. İkinci qrup insanlar sanki kresloda oturmağı vəzifə borcu bilirdilər. Onlara görə də İsmayıllının çox insanları İsmayıllı üçün heç bir iş görmək istəmirdilər. Çünki iş görmək istədikləri təqdirdə alacaqları cavabı əvvəldən bilirdilər.
Bu gün isə vəziyyət başqadır. Ümidlər yaranıb, pas atıb qalmış problemlər həllini tapmağa başlayıb. Uğur olsun bu yolda Mirdaməd müəllimə. Çətin də olsa yorulmamağınızı arzu edirəm.
Bir qonaq gəlmişdi keçən ay İsmayıllıya, onun sözləridir: – “ İsmayıllı toz torpaq içində olsa da, ancaq ümidlə yaşayır, sanki bir canlanma yaranıb İsmayıllıda. Keçən il gələndə tam başqa abı-hava vardı rayonda.”
“İşləməyib dişləyən”lərin vicdan əzabını bu gün Mirdaməd müəllim çəkir. Yığılıb qalan və Məşədi İbadın təbirincə desəm, “bir növ adətkər“ halını alan problemlər, sahibsiz qalmış qayğılar yüklənib Mirdaməd müəllimin çiyinlərinə. Kömək etmək istəyənlərsə çox azdır. Hər kəs başçının çarə edəcəyini fikirləşir. Kəndində danası itən də, qazı (sayğacı çox yazan ) uçan sadə insanlar da İcra başçısına ümidlidirlər.
Amma, nə olar, gəlin bu qədər də yormayaq İcra başçımızı. Bir az da özümüz (kəskin də olsa ) öz vicdanımızın əzabını çəkək. Sadəcə, vəzifələrimizi yerinə yetirək. Ay hörmətli İsmayıllı əhli ! Nə olar ki, İsmayıllının məktəblisi vəzifəsini yerinə yetirib dərsini oxusun, tələbəsi təhsilini bitirib rayonumuza gəlsin, işləsin (tək maaş almaq xatirinə yox, rayonun inkişafı naminə). Müxtəlif müəssisələrdə işləyənlərimiz, lap elə işləməyənlərimiz, İsmayıllıya laqeyd qalmayan hər kəs, gəlin qolumuzu çırmalayaq təmənnasız iş görək, axı İsmayıllımızın problemləri tək Mirdaməd müəllimin deyil, hamımızındır. İsmayıllımızın çiçəklənib inkişaf etməsi xatirinə əlbir, əlbir olmağımız lazımdır. Qüsurlar həmişə var, amma inkişaf mərhələsində olan İsmayıllımızın qüsurlarını özümüz düzəltmək istəməsək, kim düzəldəcək ? İsmayıllımızın hər daşı, hər qayası, lap elə tozlu yolları da bizimdir. İsmayıllımızın inkişafı naminə bədbinlik hisslərinə qapılmayaq, gələcəyə tək ümidlə baxmaqla kifayətlənməyək. Hərəmiz İsmayıllı xatirinə nəsə təmənnasız bir iş görsək, vallah, rayonumuz doğrudan Azərbaycanın mirvarisinə çevriləcək.

İsmayıllının vəzifədə olan və olmayan, işləyən və işləməyən sakinlərinə böyük ümidlər bəsləyən mən.

Şərh Yaz