Miryavər müəllimin 80 illik yubileyinə

Miryavər müəllimin 80 illik yubileyinə

Seyyida, qəm çəkmə ki, ömrün xəzan anındadır.
Çəkmə qəm ki, növbaharın cəddinin yanındadır.

Şükr ola Allaha ki, sağlam durubdur qamətin,
Səksəni vurdun başa, bir qırx da eyvanındadır.

Müəllim oldun bizə, həm dərs verən ustadımız,
Daima üzdə təbəssüm, xoş niyyət canındadır.

Yurdumun övladısan, ağsaqqalı, həm alimi,
Həmdibillah, hörmətin, sərvət də öz şanındadır!

Yazmısan bir çox kitab, zəhmət çəkibsən, ey ağa,
Bu mərifət, bu elm, pak nəslinin qanındadır.

Ey ana yurdum mənim, saxla, əzizlə Seyyidi,
Çünki o, cənnətməkan torpağın ehsanındadır.

Eylədim xoş bir təmənna Rəbbidən Miryavərə,
Xoş niyyət ey Həbibi, pak qəlbin ünvanındadır.

Kərbəlayi Zülfüqar Hacı Həbib oğlu

Şərh Yaz