Yaddas kitabcasi

Yubileylə bağlı müsabiqə

Yubileylə bağlı müsabiqəAprel ayının 10-da Heydər Əliyev Mərkəzində İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2013-cü il tarixli, 24 saylı sərəncamına əsasən rayon Gənclər və İdman İdarəsi ilə birgə Rayon Təhsil Şöbəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev Azərbaycana inkişaf, yüksəliş, xoşbəxtlik və səadət gətirdi” mövzusunda “Ən yaxşı inşa” yazı müsabiqəsi keçirilib. Müsabiqədə şəhər və kənd tam orta məktəbləri olmaqla, ümumilikdə 42 nəfər şagird iştirak edib. Müsabiqəyə başlamazdan öncə Təhsil Şöbəsinin metodisti N.Qəniyev Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı nitq söyləyib. Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda yazı işləri yoxlanılmaq üçün Təhsil Şöbəsinin metodisti N.Qəniyevə çatdırılıb.
Mədinə İsmayılova

Şərh Yaz