Topçu kəndində görüş-qəbul

Mart ayının 26-da Topçu kəndində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd əhalisi ilə görüş-qəbul keçirib. Görüşdə 300-dən çox kənd sakini, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. RİH-nin başçısı Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişaf proqramı, bu əsasda hazırlanan layihələr və kənd təsərrüfatının bundan sonrakı inkişaf istiqamətləri ilə qəbula gələnləri tanış edib, müasir idarəetmə və təsərrüfatçılıq yollarından danışıb. Söhbət əsnasında işləməyin vacibliyi, hər yerdə ziyalı mühitinin yaradılmasının zəruriliyi qeyd olunub.
Görüş-qəbula gələnlərin təklifləri, şikayətləri, eləcə də məsləhətləri dinlənilib. Görüləcək işlərlə əlaqədar məsul şəxslərə tapşırıqlar verilib.
Kənd sakinləri yekunda yəqin ediblər ki, mövcud durğunluqdan qurtulmaq üçün işləmək, iş yerləri açmaq, birgə təsərrüfatlar yaratmaq lazımdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz