Yaddas kitabcasi

Gecikmiş qisas

Firuzə Çiçək
Gecikmiş qisas
(Əvvəli ötən saylarımızda)
-Hakop, əzizim, elə o da bizim işimiz üçün deyirdi. Amma sən necə deyirsən elə də olsun. – yaltaqlıqla güldü.
Hakop qaş-qabaqla Zoyanı süzüb, qıza yaxınlaşdı. Onun zərif çənəsini kobud ovcuna alıb yuxarı dartdı:
-Gözəlim mənim, indiyə kimi az türk oğlu görməmisən ki… Bu da iki gün ixtiyarındadır, sonrası mənlikdir! – əlindəki siqaret kö¬tüyünü yerə tullayıb anbardan çıxdı.
Nataşa onun ardınca nifrətlə qapıya tərəf baxırdı…
***
Sergey darvazadan çıxıb bir neçə dəqiqə dayandı. Hava so¬yuq olsa da əsən külək ona xoş gəldi. Burnunda hələ də bayaq¬dan oturduğu anbarın rütubətli və kif qoxan havası qalmışdı. İndi isə külək əsdikcə dərindən bir neçə dəfə nəfəs aldı. Gödək¬çə¬sinin boynunu qaldırıb boğazını bükmələdi. Kobudlaşmış əl¬lə¬rini cibinə salıb tələsmədən səki ilə addımlamağa başladı. Yenə sərt baxışları ilə bu gözəl, yaraşıqlı, qaynar, maraqlı və eyni zamanda düşmən olan şəhərə baxırdı…
Hakop həmişə ona və qardaşına ermənilərin keçmişindən da¬nı¬şırdı. Deyirdi ki, onların “böyük Ermənistan” yaratmaq istəyini hə¬mi¬şə türklər boğublar. Ruslar, farslar onlara qahmar çıx¬sa da, yenə türklər birləşiblər, torpaqları üçün qan da¬vasına çıxıblar. Hakop bir də 1918-ci ildə ermənilərin bütün Azər¬baycanda törətdiklərindən danışırdı. Bu söhbətlərdə Serge¬yi həmişə təəccübləndirən və etiraf etmək istəməsə belə maraq¬lan¬dıran Azərbaycan qadınlarının əllərinə silah alıb, igidlərlə birgə dö¬¬yüş¬məsi idi. Hələ tarix müəllimi Nerses də bir dəfə danışmışdı ki, keçmişdə türk qadınları müharibələrdə başlarına dəbilqə taxar, hörüklərini kəsib kəndir toxuyar, qorxmadan vuruşardı¬la¬r¬. Aslanın erkəyi, dişisi olmaz deyimi də məhz türklərdə yaranmış, qadınları haqqında deyilmişdir, deyirdi…
Öz-özünə qaşları çatıldı, sən bir bu türklərdə cəsarətə bax. Gör ha! Bir anlığa həmin qadınları öz erməni qadınları ilə müqayisə etməyə çalışdı. Yox, yenə öz qadınlarını döyüşən vəziyyətdə təsəvvürünə gətirə bilmədi. Deyirlər Azə¬ri, türk qadınları iradəli olurlar. Buna artıq özü də inan¬mış¬dı.
Yenə uşaqlıq illərində ilişib qalmış xatirələr yadına düşdü… Ha¬kop Xocalı əsirlərinin içərisində bir qız tapmışdı. Çox gözəl qız idi. İri, qəşəng gözləri, dalğalı saçları vardı. Hakopun onda ya¬man xoşuna gəlmişdi bu qız. Evinə gətirsə də istəyinə nail ola bilmə¬miş¬di. O istəyirdi ki, əsirləri ona özləri tabe olsun. Həmişə kimisə incidib, alçaltmaqdan zövq almışdı Hakop. Onsuz da on¬un əsiri idi. Qoy əzab çəksin, yalvarsın, ruhən məğlub olsun. Bundan böyük həzz alırdı.
Qızın əsir düşdüyündən 8 il keçmişdi. Olma¬zın əzablara məruz qalıb, əldən-ələ keçib, rənginin solmasına baxmayaraq, yenə də çox gözəl idi. Elə Hakopun da murdar nəfsini özünə bu çək¬mişdi. Onda Sergeyin 10, Akopun isə 16 yaşı vardı. Akop da əzazillikdə atasına oxşamışdı. Həmişə mərdimazar işlər edir, hələ bununla fəxr də edirdi. Sergey isə istəsə də onun kimi ola bilmirdi. Başa düşürdü ki, atasının Akopu daha üstün tut¬ma¬sının səbəbi yalnız budur…
Akopun qızı necə döydüyü indi də yadındadır. Anası Hakopdan qorx¬¬duğu üçün qıza uşaqların vasitəsilə zərər vermək istəyirdi. Akop çərçivə taxtası ilə onun qolunu, qıçını, bədənini gömgöy etmişdi. Hakop evə gələndə isə arvadının bu işdə əli olduğunu bilsə də, boy¬nuna qoya bilməmişdi. Sonra, qəribədir ki, hə-qiqəti məhz Sergeydən öyrənmək istəmişdi. Amma Sergey atasına xoş gəlmək naminə nə Akopu, nə də anasını satmamışdı. Ağzının qanını silib, “anamın xəbəri yoxdur”, demişdi. Hakopun bir sillə¬sin¬dən qorxan Akop isə açıb hər şeyi danışmışdı. Yadındadır ki, bunu biləndə Hakop ona yaxınlaşıb yaxasından tutaraq yenə həmişəki nif¬rət, kin, təəssüf, peşmanlıq qarışıq baxışıyla baxmışdı ona. Am¬ma Sergey də həmişəki kimi gözlərini qaçırmamışdı.
Yenə o qız gəldi gözünün önünə. Adı Nigar idi, Sergeyin gözəl yad¬daşı vardı. Hətta Hakop qızı 2 gün ac-susuz sax¬lamışdı ki, özü təslim olsun. Amma bu qız. Elə bil daşdan idi. Ni¬gar yalnız hərdən qurumuş dodaqlarını dili ilə isladırdı, vəs¬sa¬lam. Sergey onu yoxlamaq üçün zirzəminin qapısından ba¬xan¬da bir mənzərə ona çox təsir etmişdi. Qız oturmağa belə ta¬qə¬ti qalmadığı halda, Allaha səcdə edir və Onunla danışırdı. O vaxt¬lar Sergeyə təzə öyrədirdilər Azərbaycan dilini, səbəbini sonralar bildi… Hə, onda o qız Allahla danışırdı. Hətta Sergey qa¬pını açıb içəri girəndə belə gözlərini zirzəminin çox kiçik pəncə¬rə¬sinə dikib, dodaqları altda nəsə pıçıldayırdı. Sergey nə qədər diq¬qət kəsilsə də başa düşmürdü onun sözlərini. Qızın zərif və rən¬gi qaçsa da gözəl dodaqlarında incə bir təbəssüm vardı…
Sonra Akop bir stəkan su gətirib qızın yanına qoymuşdu:
-Al zəhərlən! Axşam atam özü gəlib danışacaq səninlə…
Qız qəfildən onlara tərəf dönüb ucadan qəhqəhə çəkmişdi. Ako¬pun 16 yaşı olsa da, qorxub Sergeyə tərəf çəkilmişdi. “De¬yə¬sən, dəli olub” deyib, qaçıb çıxmışdı zirzəmidən. Qız isə yenə gülürdü. Bu gülüş Sergeyi cəsarətsizləşdirmiş, süstləşdirmişdi. Elə bil qız indi böyüyüb dağ boyda olmuş və bu gülüşlə onları əzməyə başlayırdı. Onlar isə qızın qarşısında kiçilib qarışqaya dönmüşdü. Çox sarsılmışdı Sergey, hətta yarıqaranlıq bu zirzəmi də ona vahiməli gəl¬¬mişdi. Tez də çölə çıxıb qapını bağlamışdı.
Axşam isə atası Ha¬kop bu cəsur Azəri qızının ölüsünü tapmışdı. Stəkanın şüşəsilə dama¬rı¬nı kəsmiş, özünə qəsd etmişdi. Sergey istəməsə belə ona ürəkdən acımışdı. Həm də heyran olmuşdu bu cəsarətə…
Bu gün isə küçə ilə irəlilədikcə qaynaşan insan selinə baxır, hirsin¬dən dodağını gəmirirdi. Çünki, Akop kimi, atası kimi, Abov¬yan, Yeramyan, Zoya, Movses kimi nifrət edə bilmirdi bunlara. Heç özü də anlamırdı ki, nəyə görə bu xalqın içində özünü bu qə¬dər sərbəst hiss edir.
Bir az da gedib, qarşıdakı üç kişiyə yaxınlaşdı:
-Salam.
-Əleykum salam. – onu maraqla süzən kişilər salamını aldılar.
-Bəlkə bilərsiniz, Xocalı abidəsinin yanına hansı avtobusla gedə bilərəm?
Başlarını buladılar. Dolu bir kişi günahkarcasına çiynini çəkdi:
-Vallah dəqiq bilmirəm, amma məncə 30 nömrə o tərəflərə getməlidir.
İçərilərində o birilərinə nisbətən cavan olan çatmaqaş kişi da¬yanacağı göstərdi:
-Qardaş, sürücülərdən soruş, yenə onlar bilməmiş olmazlar.
Başı ilə sağollaşıb dayanacağa tərəf addımladı. Bayaqkı zəif külək indi bir az sərtləşmişdi. Birdən-birə ani üşütmə keçdi bədənindən.
Nəhayət ki, avtobusa qalxdı. Əyləşməyə yer tapmayıb ayaq üstdə dayandı. Nədənsə, özünü birtəhər hiss etdi. Avtobusun arxa tə¬rə¬fində oğlanlı-qızlı bir neçə gənc yırğalana-yırğalana gedən av¬to¬busa əhəmiyyət vermədən, sərbəst dayanıb han¬sısa mövzunu müzakirə edirdilər. Şən halda bir-birinə sual¬lar yağdırır, dolaşdırır və şirin-şirin gülürdülər. “Deyəsən, tələ¬bə¬lərdir”, düşündü. Yenə sıxıldı. Axı niyə bu düşmənlərin si¬ma¬ları, ləhcələri ona belə yaxın kimi görünür? Elə gözəl danı¬şır¬lar. O da, bir çox ermənilər də Azərbaycan dilini bilirdi. Am¬ma yaxşı bildiyi, sərbəst istifadə etdiyi bu dili heç kəsdən belə şirin¬liklə eşitməmişdi. Bu ləhcədə elə yalnız özləri danışa bilərlər. Hər şey, hər səs tanış idi elə bil. Bəlkə hərdən əsirlərdən eşitdiyi üçün?! Yox, yenə beynində hər şey qarışdı. Haradansa lap, lap dərindən səslər gəldi qulağına, qəfil də dayandı…
Saçın ucun hörməzlər,
Neynim aman, aman sarı gəlin.
Sürücüyə tərəf baxdı. Sürücü maqnitofonun səsini qaldır¬mış¬dı:
Gülü qönçə dərməzlər,
Neynim aman, aman sarı gəlin…
Ermənistanı xatırladı yenə… Atası Hakop onu da, qardaşını da əsir düşərgəsinə ap¬ar¬ardı tez-tez. Atası düşərgədə ağır işdə işləyib, ayağını güclə çəkən əsir qadın¬ları bu mahnını oynamağa məcbur edirdi. Oynama¬yan¬la¬rı isə hamının qarşısında soyundurub döyə-döyə, paltarsız oy¬na¬mağa məcbur edirdi. Bir dəfə taxta sexində işləyən bir gəlin bunu oynamaq istəməyib, Hakopun üzünə tüpürmüşdü. Bərk qəzəblənən Hakop onu soyundurub əlinə keçən taxta parçasıyla o ki var döymüşdü. Amma yenə də bu qadınların dözümü Sergeyi çox heyrətləndirmişdi, yəni bu qadın heç ağrı du¬y¬u¬r¬mu?
Gözlərini qan örtmüş Hakop isə mənəviyyata sığmayan hərə¬kə¬tə qol atmışdı. Qadının başını o qədər təpikləmişdi ki, beyni ye¬rə dağılmışdı. Bu səhnəni xatırlayanda o zaman keçirdiyi dəhşətli təəssüratı ye¬nə keçirdi və qaş-qabağını tökdü.
O bir dəfə atasına demişdi ki, düşmənlərimizi niyə belə əzabla öldürməliyik?! Olmazmı hamısının alnına bir güllə çaxaq, vəs¬sa¬lam?
Hakop isə yenə coşmuşdu:
-Qorxaqsan, qorxaq! Erməni belə söz deməz!
Sergey hər dəfə dəyişməyə çalışırdı, amma xarakteri kökün¬dən dəyişmək çox çətin idi, çox…
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər, sarı gəlin…
Yanında dayandığı oturacaqda əyləşmiş qadın əlini yellədi:
-Gül kimi mahnımızı da oğurlayıb bu kafir ermənilər! Qar¬da¬şımın oğlu Amerikada oxuyur. Deyir, orada bizim mahnıları er¬mə¬ni xalq mahnısı adıyla verirlər. Hətta müasir mahnılarımızın da adını dəyişib oğurlayırlar.
Yanındakı qadın kinayə ilə:
-Başqa nə gözləyirdiniz? Onların özlərinə məxsus nələri var ki? Ad¬ları oğurluq, mətbəxləri oğurluq, mədəniyyətləri oğurluq, tor¬paqları oğurluq… Hansı birini sayım?! Allah lənət etsin görüm onlara!!!
Sergey arxadakı yerlərdən birinin boşaldığını görüb əyləşdi.
Başının ağrısı yenə bir az çoxalmağa başlamışdı. Alnını ovuş¬dur¬du.
Mənzil başına çatmağa az qalmış, içəri yaşlı bir qadın girdi. Özü¬nü idarə edə bilməyəcək qədər taqətsiz olmasa da, hər halda hə¬rəkət edən avtobusda ayaq üstə dayanmaq digərlərinə nisbətən ona çətin idi.
Sergeylə bir cərgədə sol tərəfdə əyləşən gənc oğlan cəld aya¬ğa qalxıb, yerini yaşlı qadına verdi və əyləşməsinə kömək etdi. Yaşlı qadın gəncin qolunu yüngülcə sıxdı:
-Çox sağ ol, oğlum.
-Buyurun. – oğlan səmimiyyətlə gülümsündü.
Sergey özündən asılı olmadan bu eynəkli, arıq oğlana rəğbətlə baxdı. Gördüyü səh¬¬nə nə isə ürəyinin dərinliyidə xoş bir şey, xoş nə isə yaratmış¬dı. Çünki, belə səhnələrlə nadir hallarda rastlaşmışdı. Nə Ermə-nis¬tan¬¬da, nə də Rusiyada olarkən belə şeylər görmürdü. Hörmət! Qadına hör¬mət! Bəli, hörmət idi bu. Gör tanımadığı qadına necə qayğı ilə ya¬naş¬¬dı həmin oğlan. Qadın da necə mehriban idi. Necə xoş, nurlu idi siması.
Ser¬gey anasına həmişə hörmət etmişdi, edirdi də. Amma anası nə¬dən¬sə so¬yuq qadın idi. Özü də Sergeyi təəccübləndirən o idi ki, anası sözünə baxmayan, özbaşına Ako¬pu daha çox sevirdi. Doğrusu, bu Sergeyi qısqandırırdı çox vaxt. Paxıllıq deyildi bu. Bir övladın ədalətli “sevgi bölgüsü” istəyi idi…
Atası ilə anası mübahisə edəndə də, Akop sözə bax¬ma¬yan¬da da Sergey anasını həmişə müdafiə edirdi. Anasının rəğbətinə səbəb olmasa da…
* * *
Avtobusdan enib əllərini ciblərinə saldı. Yavaş-yavaş irəlilə¬mə¬yə başladı. Abidənin ətrafında çox da diqqət çəkməməli idi. Hakop qəti xəbərdarlıq etmişdi ki, buradakılar çox ayıqdırlar. Odur ki, ötəri, amma çox diqqətlə ətrafı süzüb, ötüb keçməli oldu. Qayıdacağı ünvan bəlli idi artıq. Ona görə də məqsədsiz olaraq şə¬həri gəzməyə başladı.
Qış ayları, üstəlik havanın sərt ol¬ma¬sına baxmayaraq bu gözəl şəhərdə həyat yenə qaynayırdı. Metronun girişinə çatıb içəri daxil oldu. Kart almaq üçün kassaya ya¬xın¬laşanda arxadan iki polisin ona tərəf gəldiyini gördü. Bunlar girişdəki nəzarətçilər idi…
Görünür qeyri-bələd, hər şeylə maraqlanan baxışları ilə diq¬qət çəkmişdi. Buna görə ürəyində özünü danlayıb, daxilindəki həyəcanı bo¬ğaraq geri döndü.
-Sənədlərinizi göstərin! – sərt üzlü polis əməkdaşı dilləndi.
Sergey tələsmədən sağ cibindən sənədləri çıxardı. Buna bax¬ma¬¬yaraq, yenə həyəcanlı idi. Birdən nəyisə səhv etsə, nəyisə kor¬¬¬la¬sa… Atası onu bağışlamaz, ümidləri boşa çıxar. Həm də düş¬mən¬lərinə zərbə vurmamış ifşa olunar. Bundan pisini təsəvvür eləmirdi. Yox, özünü topla¬ma¬lı¬dır.
Mümkün qədər özünü sərbəst tutaraq, arxayın baxışlarla po¬lis¬lərin sənəd yoxlanışına diqqət yetirməyə başladı.
-Hm, deməli Rusiya vətəndaşısan?
Sergey başını tərpətdi:
-Bəli!
-Bura gəlməkdə məqsədin?
Sergey özünü ələ almışdı artıq:
-Xalamın yanına gəlmişəm. İşlə bağlı.
“Buranın polislərinin ayıqlığına, diqqətcilliyinə, inadına bir bax”, düşündü.
-Xalan harada yaşayır? Hansı işlə məşğul olursan? Burda neçənci dəfədir olursan? – onun üzünə sınayıcı nəzərlərlə baxan polis sualları cəld və çaşdırmaq üçün ard – arda verdi.
Sergey təmkinlə sualları cavablandırdı. Onu bir daha diqqətli baxışlarla nəzərdən keçirib sənədlərini qaytardılar:
-Uğurlar!
-Təşəkkür…
Sergey vaqona daxil olub, ilk gördüyü boş yerdə əyləşdi. Bayaqkı na¬rahatlıq ötüb-keçmişdi. Qatarın kobud “musiqisini” dinləyə¬rək, ətrafına nəzər salmağa başladı. Düz yanında alçaqboy, təx¬mi¬nən 15-16 yaşlarında bir qız əyləşmişdi. Ətrafdakılara heç fikir belə vermədən nəzərlərini yalnız diqqətlə oxuduğu kitaba dik¬mişdi. Oxuduqlarını hətta astadan dodaqaltı pıçıldayırdı da. Sergey kitaba baxdı. “Çox güman ki, ali məktəbə hazırlaşır”, dü¬şündü. Qızın əlindəki tarix kitabı idi.
Növbəti dayanacaqda vaqona yenə sərnişinlər doluşdu. Yer¬lər hamısı dolmuşdu. Onunla üzbəüz bir gənc qız ayaq üstə dayandı. Əlin¬dəki bükməli kardon kağızı düzəltməyə çalışdığı üçün tu¬ta¬caqdan tutmamışdı. Qatar tərpənəndə az qaldı ki, yıxılsın.
Cəld hərəkətə vərdiş etmiş Sergey anındaca qızın qolundan möhkəm yapışıb, onu yıxılmağa qoymadı və qeyri-iradi qalxıb öz yerini qıza verdi. Hərəkətindən xoş¬luq duysa da, sanki atası görə bilərmiş kimi tez də ətrafa boy¬landı. Qəribə oldu lap…
* * *
Evə qayıdanda yaman dalğın idi. Hakop gözə dəymirdi, harasa getmişdi görünür. Qalanları da süfrə başına toplaşıb donuz konservası yeyirdilər…
Sergeyin çox güclü hissiyatı vardı. Bayaq içəri girdiyi andan üzə¬rin¬də nəsə fərqli nəzərlər hiss edirdi. Əvvəldən hər dəqiqə öz tər qoxan bədəni ilə Sergeyi qucaqlayan Zoya da, onun eyniylə özü¬nə bənzəyən kiçik qızı da, qalan digərləri də nədənsə Ser¬ge¬yə qəribə baxırdılar, nəsə gizləyirmiş kimi. Ən qəribəsi də bu idi ki, özləri istəmədən belə bunu nəzərə çarpdırırdılar. Xüsusən, Zoyanın gözlərindəki qəddar, kə¬si¬ci bir parıltı…
Çox yorulmuşdu. İştahası da yox idi. Salam verib, yarı¬qa¬ranlıq otağın künc tərəfindəki boş kresloya əyləşdi. Bir anlıq gözlərini yumub, başını geriyə söykədi. Gözlərini bu yarıqaranlıq və bo¬ğucu otağa alışdırmaq üçün bir neçə saniyə qapayıb, açdı. Otaqda xoşagəlməz sükut vardı. Bu xoşagəlməzliyi duyub, hamını diqqətlə süzməyə başladı. Bununla nə baş verdiyini bilmək istəyirdi. Bayaqkı münasibət tamamilə ərimişdi deyəsən. Hissiyyatına gü¬və¬nirdi. İndi qarşısında oturan insanların üzlərinə baxanda ona elə gəldi ki, aralarında 1000 illik uçurum var, sanki başqa zamandan gəlib buraya…
Heç kəsin dinmədiyini görüb özü dilləndi:
-Atam hanı?
Qısa sükutdan sonra siqaret tüstülədən Abovyan kinayə¬qa¬rı¬şıq istehzayla dedi:
-Sən ki bilməlisən. Atan hesabat verməyi xoşlamır.
Bilmədi, Sergeyə elə gəldi, ya doğrudan belə oldu… Amma Abovyan cavabı xüsusi vurğu ilə dedi. Sergeyin qaşları dü¬yünləndi. Ürəyinə şübhələr dolmağa başladı. Yox, deyəsən, bu gün polislərlə olan əhvalatdan xəbərdardılar. Ona görə belə dav¬ranırlar. Yoxsa ki? Yox, başqa nə ola bilər axı?
Abovyan Hakopun ən çox etibar etdiyi yeganə adam idi. Qəddar, za¬lım, gözü doymayan və olduqca şəxsiyyətsiz biri idi. Atasının “sağ əli” olmasına baxmayaraq, Sergey həmişə ona nifrət edir¬di. Olduqca acıdil biri olan Abovyan uşaqlıqdan Sergeylə soyuq, kobud dav¬ranırdı.
Zoya mətbəxə keçdi və işarə ilə qızlarını arxasınca çağırdı. Ser¬geylə Nataşanın baxışları hələ indi toqquşdu. Nədənsə qız mə¬yus görünürdü elə bil. Ya bəlkə ona belə gəldi…
Daha heç nə demədi. Uzanıb, dincəlmək istədi. Otağa keçmək üçün ayağa qalxdı. Lakin Abovyanın ki-na¬yəli səsi onu dayanmağa məcbur etdi:
-Gəzintin necə keçdi, hm?
Sergey geri dönmədən qapıya sarı addımladı:
-Hesabat verməyi xoşlamıram!…
Abovyan dişini qıcadı:
-Hakopa da?
Əli qapının dəstəyində, dönüb sərt baxdı:
-O atamdır!
Abovyan istehza ilə güldü:
-Həə, deyirəm də… Atasıdır…
Sergey bu dəfə hirsini cilovlaya bilmədi. Sürətlə qayıdıb Abovyanın yaxasından tu¬tması ilə ayağa qaldırması bir anda oldu:
-Nə demək istəyirsən? Yaman söz atırsan sən. De, kişi kimi de nə istədiyini?
Abovyan onu qamarlayan güclü əllərdən canını çətinliklə qur¬tardı. O da döyüşçü olmuşdu. Ermənistanda xüsusi təyinatlı dəstədə xidmət et¬miş¬di. İndi də bir kəşfiyyatçı kimi fiziki cəhətdən də hər şeyə tamamilə hazır¬lıqlı idi.
Özünə güvənərək, bütün acığını çıxmağa fürsət tapdığı üçün se¬vindi. Sergeyi kənara itələyib, üstünə hücum çəkdi. Hətta onları ayır¬maq istəyən digər üç erməni, Zoya, qızları da Abovyanın qə¬zəb¬dən göyərmiş sifətini görüb bir anlıq dayandılar.
Abovyan otağın mərkəzindəki stolu kənara aşırdı, stulları da təpiklə itələyib özü¬nə meydan yaratdı. Onun kin dolu gözlərinə baxanda Ser¬gey bircə onu anladı ki, Abovyan bu qarşılaşmanı çoxdan gözlə¬yir-miş.
Sergey özünü ələ almağa çalışaraq barmağını yellədi:
-Atamı məyus eləmək istəmirəm. Biz tapşırıq dalınca gəl¬mişik. Yox, əgər dava istəyirsənsə qayıdanda istəsən səninlə duelə də çıxaram. Ağıllı ol!
Əgər bu sözü dedisə, demək son xəbərdarlıqdır. Sergey bu söz¬dən sonrakı səhvlərə əsla güzəştə getmirdi. Elə indi də ona yum¬ruq atan Abovyanın zərbəsindən yayınaraq sakit, amma çox zəhmli dedi:
-Abovyan, ağıllı ol!
Amma sözünü bitirməmiş, növbəti yumruq ağzının üstünə endirildi.
Zoya narahatlıqla yalvarmağa başladı:
-Abovyan, canım mənim, sakit ol, Hakop gəlib həll edər.
-Cəhənnəm ol, …!
Sergey onun əl çəkmək istəmədiyini görüb, döyüş vəziyyətinə keçdi. Abovyan ona təkrar hü¬cum çəkdi. Əlbəyaxa oldular. Abovyanın çoxillik təcrübəsinə, ona dayaq olan rus peşəkarlarının vaxtilə onu lazımınca ha¬zırlamasına baxmayaraq, yenə bu türk oğluyla bacar¬ma¬ya¬ca¬ğı¬nı hiss edirdi. Gəncin zərbələri çox qüvvətli idi.
Sergey cəld hərəkətlə ona yumruq atan Abovyanın sağ əlindən tutub, dirsəyi ilə sinəsindən möhkəm vurdu. Zərbəyə dözməyən Abovyan xı¬rıl¬dayıb gerilədi və divara dəydi.
Bu dəfə Zoya hiddətlə Sergeyin üstünə atılıb ona sillə vu¬ra¬raq söyməyə başladı. Amma Abovyanın gözləri daha da qız¬mış¬dı. Artıq həyata keçirməli olduqları əməliyyatın sonunu belə düşünmədən, həmişə üstündə gəzdirdiyi bıçağı açdı.
Bayaqdan bəri gərginlikdən nə edəcəyini bilməyən Nataşa bu dəfə özünü araya atdı:
-Abovyan, bəsdir! Dəli olmusan?
Abovyan hiddətlə çığırdı:
-Sən rədd ol kənara!
Nataşa inadla onu qarşısını kəsdi:
-Bəsdirin! Özünə gəl Abovyan!
Bərk hirslənmiş Sergey kəskin səslə əmr etdi:
-Nataşa, qarışma!
Abovyan inadla qarşısını kəsən Nataşanın qolundan tutub kənara itələdi.
Sergey onu saxlamaq üçün atılsa da gec oldu, Nataşa yerə aşmış masaya dəydi. Sergeyin yayınmağından istifadə edən Abovyan bıçaqla onun üstünə atıldı. Sergey zərbədən qaçıb, cəld hə¬rə¬kət¬lə Abovyanın bıçaq olan əlindən tutdu, dirsəyini onun qo¬lu¬na keçirib, elə fəndlə burdu ki, ağrıdan bağıran Abovyanın fər¬ya¬dına qulaq asıb buraxmasaydı, biləyini sındıracaqdı. Yerə dü¬şən bıçağa doğru əyilən Abovyanın yaxasından tutaraq, üzünə kəllə ilə möhkəm zərbə vurdu. Elə bu vaxt Hakop özünü içəri atdı. Er¬mənicə çox pis söyüş söyərək, Sergeyə bütün gücü ilə sillə vurdu. Sonra zərbədən burnundan qan açılan Abovyanın üstünə bağırdı:
-Nə fikirləşirsən, hə? Bilmirsən ki, bu əməliyyata görə Sər¬kis¬yana başımızla cavabdehik? Bilmirsən ki, səhv olsa kü¬lü¬müzü göyə sovurarlar? Axmağın biri! Gizli müşavirətdə son sözünü şəx¬sən özümüzə demişdi. Siz də burada səs-küy salıb, qonşuların diq¬qə¬tini çəkirsiniz. Görüm sizi …!
Zoya isə dil-boğaza qoymadan elə hey bütün günahın Ser¬gey¬də olduğunu deyirdi. Hakop yumruğunu düyünləyib Ser¬geyə tərəf gəldi. Amma sakitliklə gözlərinə baxan Sergeyə ça¬tan¬da fikrə getdi… Əlbəttə, Hakop ən vacib məqamda, terrora lap az qal¬mış ən kiçik ehtiyatsızlıqdan belə çəkinirdi. Son məqamda Ser¬geyi şübhələndirmək, qəzəbləndirmək istəmirdi. Baxışları Sergeyin mə¬na¬lı baxışları ilə toqquşanda özünü itirən kimi oldu:
-Rədd ol gözümün qabağından!
Hakop arxaya dönəndə Nataşanın alnındakı sıyrığı görüb, yumruğunu qapıya vurdu:
-Nolub burda, hə? Canınızdan bezmisiniz, nədir? Yoxsa ki, Sərkisyanı tanımırsınız? Bilmirsiniz ki, hamımızın tale¬yi bu əməliyyatdan asılıdır? Kiçik bir səhv olsa, bu işin üstü açılsa, sifarişçinin kimlər olduğu bilinsə heç birimiz sa¬la¬mat qayıtmayacağıq! – boğazı qıcıqlandığı üçün xırıltılı öskürdü. – Baxın, axırıncı dəfə deyirəm, bu bizim yeganə şans¬ımızdır. İki yol var: ya dinc olub, əməliyyatı qüsursuz qur-tarıb sağ qayıtmaq… ya da qayıtmamaq! Özünüz seçin…
Qarşısındakı Movsesi yolundan itələyib, mətbəxə keçdi:
-Zoya! Mən acam…
(Ardı var)

Şərh Yaz