Bədii gimnastlar qrupu

İsmayıllı Olimpiya-İdman Kompleksi gənclərin idmanın müxtəlif növlərinə cəlb edilməsinə həmişə diqqəti artırır. Bu, özünü yeni-yeni idman növlərinə aid qrupların açılmasında daha aydın göstərir. Sentyabr ayının 1-dən burada qızlar üçün bədii gimnastika qrupu fəaliyyətə başlamışdır. Qrupa 4-10 yaş arasında qızlar qəbul olunurlar. 25 nəfərdən ibarət ilk qrup artıq məşğələlərə başlamışdır.Bədii gimnastlar qrupu
Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva bu idman növünün rayonlarda da inkişafına böyük önəm verir. Bu məqsədlə də rayonlara mütəxəssislər ezam edilirlər. Bədii gimnastika üzrə ustalığa namizəd Sultanə İbrahimzadə İsmayıllı olimpiya kompleksində məşğələlərə başlamışdır. Məşğələlər hər həftənin şənbə və bazar günləri keçirilir.
Qrupa maraq göstərən, buraya uşaq gətirmək istəyən valideynlər çoxdur. Bu tələbata görə daha bir qrupun yaradılması zərurəti yaranmışdır. Bədii gimnastlar qrupuBu məqsədlə müraciət edənlərin sayı artmaqdadır. İndi ikinci qrupa uşaq toplanır. Onu da qeyd edək ki, məşğələlər pulsuzdur.
Kim bilir, illər keçəcək, bəlkə bu gün qorxa-qorxa, valideyninə sığınaraq zala daxil olan bu qızcığazlardan kimsənin sorağı dünya və olimpiya yarışlarından gələcək?!
“İsmayıllı xəbərləri”

Şərh Yaz