Yerli mətbuata diqqət

Yerli  mətbuata diqqətİyul ayının 21-də İsmayıllı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının birgə təşəbbüsü çərçivəsində “Əkinçi” qəzetinin çapdan çıxması və milli mətbuatımızın 137-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açmış mətbuatımızın tarixindən bəzi səhifələrə diqqət ayırmışdır.
İsmayıllı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Valeh Salehov bölgə qəzetçiliyindən, eləcə də rayonda çıxan müstəqil “İsmayıllı xəbərləri” qəzetinin uğurlu işindən danışmışıdır.
Yerli  mətbuata diqqətQəzetin redaktoru Şahməmməd Soltanov görülmüş işlərlə yanaşı, mövcud problemlərdən söz açmışdır.
Qəzetin bu ilin fevral ayından açılmış saytı barəsində Rəvan İsgəndərli məlumat vermişdir.
Tədbir iştirakçılarından Şəfaqət Rəsulov, Hacıməmməd Məmmədov, Ramiz Baloğlanov, İsrayıl İsmayılov qəzetlə bağlı fikirlərini söyləmiş, təkliflər irəli sürmüşlər.
Yerli mətbuata diqqətin artırılması istiqamətində fikirlərini açıqlayan Əzizə Vahabova sonda peşə bayramları münasibətilə rayonun mətbuat və kütləvi informasiya vasitəsi işçilərini rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun adından və öz adından təbrik etmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz