Redaksiyaya məktub

 

Aprel ayının əvvəlində redaksiyamıza daxil olan məktub kifayət qədər maraqlı göründü. Məktubda məzmunun digər əlaqədar ünvanlara da göndərildiyi qeyd olunmuşdu. Fikirləşdik ki,  sözü gedən məktubu “Açıq məktub” adlandırıb oxucularımıza da çatdıraq.

 

Hörmətli redaksiya, mən, dördüncü nəsil Bakı şəhər sakini Mixaylovski Aleksandr Stanislavoviç 2022-ci ildə sevimli İsmayıllı rayonunun Qaraqaya kəndində qohumlarımla birgə həyətyanı torpaq sahəsi olan ev almışam. Buranın insanları və təbiəti o qədər bəyəniləndir ki, mən hazırda hər həftə bura gəlirəm və gələcəkdə gəlib burada  yaşamaq istəyirəm.

Azərbaycanda 2024-cü ilin Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyası – COP 29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu istəyimə sözün həqiqi mənasında güc verir. Bu bəşəri təşəbbüsə qoşulmağı verə biləcəyim vacib töhfə və daxili rahatlıq hesab edirəm.

Odur ki, kənd ərazisindən, yaşayış üçün nəzərdə tutulmayan yerdən mənə 15-20 sot  qeyri-münbit  torpaq sahəsi ayrılmasına köməklik göstərməyinizi xahiş edirəm. Sizi tam əmin edirəm ki, öz hesabıma, kənd təsərrüfatı mütəxəssislərinin köməyi ilə mənə etibar olunmuş sahəhi münbitləşdirəcək, orada diqqət çəkən ağaclar, bəzək kolları əkəcək, qazon və gül yataqları salacaq, bir sözlə, orada mini ekomərkəz yaradacağam. Nəticədə Avropa və Cənubi Asiya ekoloji zonalarında bənzərləri olan kiçik bir park yaranacaqdır ki, bu da qonaqpərvərliyi, təbii gözəllikləri ilə seçilən və sevilən rayonumuza səfər edən turistlərin bölgəmizə olan marağının təminatçısına çevriləcək, onların zövqünü oxşayacaqdır.

Ərazinin hasara alınması məsələsinə gəlincə, buna ehtiyac duymuram. Çünki ayrılacaq ərazyə gündəlik gözətçi-bağban qulluq və nəzarət  edəcəkdir.

İsmayıllıların turizm sahəsinə, İsmayıllı təbiətinə olan sonsuz sevgisinə olan inamımdan ümidvaram ki, xahişimi müraciət etdiyim tərəflər razılıqla qarşılayacaq. Odur ki, bu səbəbdən istəyimə dəstək verənlərin hamısına vasitənizlə öncədən minnətdarlıq edirəm.                                                                                                                                                                                                                                                                                                                                         Dərin hörmətlə

Mixaylovski Aleksandr Stanislavoviç

 

Şərh Yaz