Güclünün qalib gəlməsi təbii haldır   

     

Aprel ayının 7-də İsmayıllı Olimpiya-İdman Kompleksində “AFFA U-14 Qızlar Liqası”nın Play-off mərhələsinin ilk oyunları keçirildi. Play-off mərhələsində 4 komanda üz-üzə gəldi.  İsmayıllının “Babadağ” komandası meydan sahibi olmasına baxmayaraq, zəifliyi səbəbindən mingəçevirli qonaqların qapısı toxunulmaz qaldı. “Babadağ (İsmayıllı) – 0, Mingəçevir – 4.

Rayonumuzun şərəfini qoruyan qızlarımız oyunun ilk dəqiqələrindən üstünlük əldə edib birinci hissəni 5:0 hesabı ilə bitirdilər. Fasilədən sonra da qəbələli qızların çalışmaları nəticəsiz qaldı. Demək olar ki, qapıçımızın əlinə top dəyməyə belə imkan vermədik. İkinci hissədə daha 6 topu qəbələlilərin qapısından keçirən idmançılarımız qonaqları məyus hala saldılar.

İstənilən oyunda güclünün qalib gəlməsi təbii haldır.  “İsmayıllı FK”  – “Qəbələ İK” qarşılaşması 11:0 hesabı ilə başa çatdı.

Oyunçu yoldaşlarımı, qalib qızlarımızı təbrik edir, onlara növbəti oynlarda da uğurlar arzulayıram.

Nərmin Məmmədli,

İsmayıllı FK”-nun hücumçusu

Şərh Yaz