“Yel çərşənbəsi” qeyd olunub     

       

 

İsmayıllılar Novruz  bayramı ənənələrinə sadiq qalaraq ayrı-ayrı yaşayış məntəqələrində, eləcə də mərkəzi meydanda “Yel çərşənbəsi” tonqalı qalayıblar.  Sanki qalanan tonqallarla havadakı sərt soyuğu qovmağa çalışanlar tonqallar ətrafında rəqs edib baharı, Vətənimizin qüdrət və gözəlliyini vəsf edən mahnılar oxuyublar.

Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, idarə və müəssisə kollektivləri iştirak ediblər. Bayram təntənəsində gənclərin birlik və coşqusu xüsusilə nəzərə çarpıb.

Şənlikdə çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıb, ismayıllıları bayram münasibətilə təbrik edib, onlara sevinc dolu günlər, ruzi-bərəkət arzulayıblar.

Şərh Yaz