Demoqrafik vəziyyət

 

 

İsmayıllı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşməklə meridian istiqamətində uzunluğu 56 kilometr, paralel istiqamətində eni isə 73 kilometr təşkil edir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində 3629 metr hündürlüyə malikdir.

İsmayıllı rayonu Bakıdan 185 kilometr məsafədə yerləşməklə Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. İsmayıllı rayonunun ərazisi 2074 kv.km olmaqla əhalinin sıxlığı bir kvadrat kilometrdə 42,0 nəfər təşkil edir. Bu göstərici ölkənin kənd rayonları arasında orta göstərici sayılır.

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2024-cü il yanvarın 1-i vəziyyətinə 87103 nəfər təşkil etmişdir. Bu dövrdə əhalinin sayı 458 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Əhalinin 66 faizi, yəni 57483 nəfəri kənd yerində, 34 faizi 29620 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Əhalinin 50,13 faizini kişilər, 49,87 faizini qadınlar təşkil edir. Əhalinin sayı 2023-cü ildə 0,5 faiz artmışdır. Bundan başqa, rayonda 928 məcburi köçkün ailəsində 3381 nəfər məcburi köçkün məskunlaşıb.

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (Əmsallar il üçün hesablanmışdır)

 

  Yanvar-dekabr ayları üzrə
Nəfər Əhalinin hər 1000 nəfərinə1)
2023 2022 artım (+)

azalma(-)

2023 2022 2023-cü il

2022-ci ilə nisbətən,

faizlə

Təbii artım 459 559 -100 5,3 6,5 81,5
  doğulanlar 1066 1171 -105 12,3 13,6 90,4
  ölənlər 607 612 -5 7,0 7,1 98,6
Nikahlar 426 584 -158 4,9 6,8 72,1
Boşanmalar 122 125 -3 1,4 1,4 100,0

 

2023-cü ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən rayon üzrə 1066 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 13,6-dan 12,3-ə qədər azalmışdır. 2023-cü ildə rayon üzrə 607 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,1-dən 7,0-a düşmüşdür.

 

 

 

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 2023-cü ilin yanvar-dekabr aylarında 426 nikaha daxilolma və 122 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2022-ci illə müqayisədə nikahların sayı 6,8-dən, 4,9-a qədər azalmış, boşanmaların sayı isə 1,4-dən dəyişməyərək sabit qalmışdır.

Simran Aydınov,

İsmayıllı Rayon Statistika İdarəsinin baş məsləhətçisi                                      

 

 

Şərh Yaz