Söhbət aparılıb, qrup oyunları keçirilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssis-psixoloqu Kəmalə Əhmədova tərəfindən “Şəxsiyyət yüksəlişi” treninq proqramının birinci qrupu ilə üçüncü görüşü keçirilib.

Treninqdə 10-12 yaşlı yeniyetmələr iştirak ediblər. Novruz bayramı ərəfəsində keçirilən treninqdə bayram əhval-ruhiyyəsi yaşanıb. Yeniyetmələrlə emosional intellektin inkişaf etdirilməsi, hiss və emosiyaların idarə olunması yollarının öyrədilməsi məqsədilə söhbət aparılıb, qrup oyunları keçirilib.

Ayşən Soltanova

 

Şərh Yaz