Müsabiqəsinin bağlanış tədbiri keçirilib

 

İsmayıllı rayonunun Qoşakənd kənd tam orta məktəbində “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində” məktəb kateqoriyası üzrə qalib olan “Nitqin sənin kimliyindir” adlı layihənin bağlanış tədbiri keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, məktəbin müəllim kollektivi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  İsmayıllı Rayon Komitəsinin rəhbərliyi və məktəb direktorları iştirak ediblər.

Qeyd edək ki, layihənin rəhbəri İsmayıllı rayon Qoşakənd kənd tam orta məktəbinin direktoru Ziyəddin Mövlamovdur.

Layihənin işinə yekun vurulması ilə bağlı keçirilən toplantıda bu işin görülməsindən gözləntilər və əldə olunmuş nəticələrdən söz açılıb.  Qeyd olunub ki, son illərdə bu təhsil ocağında daha bir neçə aktual əhəmiyyət kəsb edən layihələr  həyata keçirilib. Hər layihə yetişən nəslin daha yüksək savad və intellektə yiyələnməsi  baxımından olduqca əhəmiyyətli olub.

Çıxışlarda məktəbin pedaqoji kollektivinə böyük ümidlər bəsləndiyi, yeni layihələrə imza atılacağına ümidvarlıq ifadə olunub. Layihənin icrasında diqqət çəkən əməyi olanlara Fəxri fərmanlar təqdim olunub.

Hüseyn Əsgərov

 

Şərh Yaz