Çıxış hamı tərəfindən bəyənilib

 

Mart ayının 15-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşəbbüsü, Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təşkilatçılığı ilə elan edilmiş Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 70 illik yubileyi, həyat və yaradıcılığına həsr edilən şeir, eləcə də onun sözlərinə bəstələnmiş mahnı müsabiqəsinin yekun mərhələsi keçirilib.

İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Nazlı Mirzəliyevanın  şeir müsabiqəsindəki  çıxışını dinləyicilər alqışlarla qarşılayıb.

Nazlının çıxışı şeirin müəllifi və münsiflər heyəti tərəfindən yekdilliklə bəyənilib, Fəxri fərmana və qiymətli hədiyyəyə layiq görülüb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz