Ürəkaçan uğurlar

Birinci sinif şagirdinin uğurları barədə açıqlayacaqlarımız olduqça ürəkaçandır. Ramal Abdullazadə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin birinci sinfində oxuyur.

Dərs ilinin birinci yarısında o, “Brain Edukation Akademy” kursu tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bilik olimpiadasında mümkün 700 balı kəsirsiz toplamışdır.

Ramal cari ilin fevral ayında Azərbaycan dili üzrə “Smartedu” kursu tərəfindən keçirilmiş “Doğma dilim” sınağında da yüksək nəticə əldə edərək birinci yeri qazanıb.

Qazandığı uğurlar münasibəti ilə çalışqan məktəblini təbrik edənlər sırasında Şərqiyyə nənəsinin ürək sözləri daha diqqətçəkəndir:

Elmin qapısını biliyinlə aç,

Sev, həm də sevindir Azərbaycanı.

Hər işdə qalib ol, nur ol, işıq saç.

Ramalım, amalın tutsun cahanı!

İsmayıllı xəbərləri”

 

    

Şərh Yaz