Kollec Həmkarlar Komitəsinin yeni üzvləri seçilib     

         

29 yanvar 2024-cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Həmkarlar Komitəsinin hesabat seçki yığıncağı keçirilib.

İclas torpaqlarımızın azadlığı uğrunda canlarından keçən əziz şəhidlərimizin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılmasında müstəsna xidməti olmuş mərhum alim və pedaqoq Mirdaməd Sadıqovun xatirələrini yad edilməklə başlayıb.

2020-2023-cü illər ərzində görülən işlər və qarşıda duran işlər müzakirə olunub. Daha sonra Kollec Həmkarlar Komitəsinin yeni üzvləri açıq səsvermə yolu ilə təyin seçiliblər.

Yığıncağın işində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak edib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz