Vətəndaş-dövlət məmnunluğu üçün başlıca şərt 

İsmayıllı Rayon İcra Hakimiyyətində RİH-nin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə yerli sakinlərin qəbulunu keçirib. Qəbulda vətəndaəların müraciətləri dinlənilib.

Vətəndaşları üzbəüz görüşə sövq edən məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanları dinləmədən sonra yerindəcə həll olunub. Həlli araşdırma, zaman tələb edən məsələlərin həll olunması üçün aidiyyəti tərəflərə müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər səmimi münasibət və göstərilən diqqətə görə minnətdarlıq ediblər. Qayğıya, köməyə ehtiyacı olanların hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini vurğulayıb. Problemlərin həlli işində cavabdehlik daşıyan şəxslərə sakinləri narahat edən məsələlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib. Başçı onu da diqqətə çatdırıb ki, vətəndaşın yaşadığı ərazidə cavabdeh şəxslər mövcud problem və  çətinliklərin aradan qaldırılması məsələsinə vəzifə borcları kimi yanaşmalıdırlar. Bu münasibət vətəndaş-dövlət məmnunluğu üçün başlıca şərtdir.

Şərh Yaz