İsmayıllı təhsili həmişə fərqlənir        

   

İsmayıllı rayonunda təhsil alan Ağamirzəyev Emil Elnur oğlu İngiltərənin paytaxtı London şəhərində keçirilən “Dünya ölkələrinin tarixi (History of world countries) adlı beynəlxalq elm müsabiqəsində 52 ölkədən gəlmiş 2345 şagird arasından fərqlənərək ilk onluqda,  səkkizinci  yerdə qərarlaşıb.

Qeyd edək ki, Ağamirzəyev Emil Türkiyə, Qazaxıstan, Serbiya və İtaliyada da keçirilən beynəlxalq müsabiqələrdə də uğur qazananlardan olub.

E.Ağamirzəyev 1-10 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən beynəxalq konfransda iştirak edib.

Yerli olimpiadalarda da müntəzəm olaraq uğur qazanan Emil yüksək savadı ilə bərabər İsmayıllıda təhsilin gündən-günə tərəqqi etməsini daha geniş ictimaiyyətə çatdıra bilib.

Qazandığı uğurları diqqətdə saxlayan rayon rəhbərliyi  beynəlxalq müsabiqənin qalibini qəbul edib. Söhbət əsnasında RİH başçısı Nahid Bağırov qazanılan nailiyyətlərdən sevindiyini bildirib,  uğurların davamlı olması arzusu ilə qalib şagirdimizə vacib tövsiyələrini verib.

Emili təbrik edir, ona daha yüksək nəticələr əldə etməyi arzulayırıq!

İsmayıllı xəbərləri”

 

Şərh Yaz