Narkomaniya təhlükəli nəticələrə və bədbəxt hadisələrə gedən yoldur

21 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə Talıstan kənd tam orta məktəbində “Narkotik vasitələrin insan sağlamlığına mənfi təsirləri” mövzusunda şagirdlərin iştirakı ilə maarifləndirici seminar keçirilib.

Seminarda mərkəzin direktoru Lətifə Əliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov və əməliyyat aparatının əməkdaşı, polis mayoru Xətai Daşdəmirli, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Fərhad Qurbanlı, Talıstan kənd tam orta məktəbinin direktoru Pünhan Rüstəmov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Seminarda UADM-in direktoru Lətifə Əliyeva çıxış edərək narkomaniyanın zərərləri haqqında əhali arasında məlumatlılığın artırılması, yeniyetmə və gənclərin, eləcə də valideynlərin, müəllimlərin məlumatlandırılması məqsədilə təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirildiyini bildirib. Polis əməkdaşları Rahim Orucov və Xətai Daşdəmirli zəmanəmizin ən aktual problemlərindən olan narkomaniyanın fəsadlarından, o cümlədən insan sağlamlığına mənfi təsirləri və zərərlərindən danışıb, narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamasının zəruriliyini iştirakçıların diqqətinə çatdırıblar. Digər çıxış edən nümayəndələr də narkotik vasitələrdən, psixotrop maddələrdən istifadənin çox təhlükəli nəticələrə və bədbəxt hadisələrə gətirib çıxara biləcəyini xüsusi vurğulayıblar.

Seminarda şagirdlər aktiv şəkildə iştirak edib, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Ayşən Soltanova,

İsmayıllı UADGM-nin əməkdaşı

 

 

 

 

Şərh Yaz