Narkomaniya bəlasına düçar olmamaq üçün

 

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” adlı maarifləndirici görüş keçirilib.

Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının fizioterapiya şöbəsinin müdiri Abdullətif Maqsudov, İsmayıllı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, şöbənin əməliyyat aparatının əməkdaşı, polis mayoru Xətai Daşdəmirli iştirak edib.

Əvvəlcə şagirdlərin mövzu ilə bağlı hazırladıqları səhnəciklər və video çarx nümayiş olunub.  Narkomaniyanın fəsadları barədə çıxışlarda bu bəlaya düçar olmamaq üçün sağlam həyat tərzinə yeniyetməlik dövründən alışmağın yolları barədə geniş söhbət aparılıb.

Sonda narkomaniya və kibertəhlükəsizlik haqqında şagirdləri maraqlandıran suallara cavab verilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz