Rayon rəhbərinin yubiley təbriki  

 

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bu ilin yanvar ayının 10-da 70 yaşı tamam olan  tanınmış şair, çox sayda sevilən mahnıların söz yazarı, “Humay” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunu anadan olmasının 70-ci yubiley ili münasibəti ilə təbrik edib.

Təbrikdə qeyd olunduğu kimi, Baba müəllim həm də söz, sənət adamlarının, eləcə də  ismayıllıların fəxri – nasir, tərcüməçi və kinodramaturqdur.

Rayon rəhbəri yubilyara təbrikində xoş ürək sözlərini ifadə edib, ona uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

“Şöhrət” ordeninin sahibi olan şair Baba Vəziroğlu 70 illik yubileyi münasibəti ilə “Şərəf” ordeni ilə də təltif olunub. Şairi hər iki münasibətlə ürəkdən təbrik edirik.

 

 

 

 

 

Şərh Yaz