“Heydər Əliyev Azərbaycan dilinin keşiyində” adlı tədbir keçirildi 

               

1 avqust 2023-cü il tarixində İsmayıllı rayon Uşaq Kitabxanasında Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı “Heydər Əliyev Azərbaycan dilinin keşiyində” adlı tədbir keçirildi.

Tədbirdə ilk olaraq Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev qonaqları salamlayaraq tədbiri açıq elan etdi və Heydər Əliyevin Azərbaycana həsr etdiyi şərəfli ömür yolundan söhbət açdılar.

Tədbir aparıcıları Gülnar Yusibova və Murad Əmiraslanov Ulu öndərin Azərbaycan dilinin, Azərbaycan əlifbasının formalaşmasında əvəzsiz rolundan ətraflı məlumat verdilər.

Kitabxananın kiçik və fəal oxucuları tərəfindən Ana dilimizə həsr olunmuş şeirlər səsləndirildi, musiqiçilər isə öz ifalarını qonaqlara təqdim etdilər.

Sonda ulu öndər Heydər Əliyevin Ana dilimiz haqqında söylədiyi fikirlərdən ibarət videoçarx izlənildi, xatirə şəkli çəkildi.

Aytac Əliyeva

 

Şərh Yaz