Üçbucaq – milli tərbiyə modeli  

               

Avqust ayının 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin həyata keçirdiyi “Üçbucaq – milli tərbiyə modeli”nin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolu” adlı layihənin növbəti tədbiri uğurla həyata keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində keçirilən tədbirdə çıxış edən İsmayıllı UADM-ın direktoru Lətifə Əliyeva və İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Faxtiyev problemin müasir dövr üçün əhəmiyyətini vurğulayıb, uşaqların tərbiyəsi məsələsində canlı ünsiyyətin mühüm rol oynadığını qeyd edib. İctimai birliyin icraçı direktoru, həmçinin layihənin rəhbəri Şahin Rəcəbov layihə barədə iştirakçılara geniş məlumat verərək, “milli tərbiyə modeli”nin qurulması, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və milli qanunvericilik barədə geniş məlumat verib, valideynlərin suallarını cavablandırıb.

Tədbir iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi aparıb, “milli tərbiyə modeli”nin formalaşdırılmasında valideyn-müəllim-uşaq əməkdaşlığının rolu ilə bağlı təklif və təcrübələrini bölüşüblər.

N.Əlövsətli

Şərh Yaz