Kitabxanadan əliboş getməyiblər                         

 

Bir neçə gün əvvəl Gəndov kənd ümumi orta məktəbinin bir qrup müəllim və şagirdi İsmayıllı Rayon Uşaq Kitabxanasında ekskursiyada olub.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə məktəbin, eləcə də kitabxananın iş planına uyğun olaraq, keçirilən görüşdə başlıca məqsəd dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə bilgiləri yetişən nəslin nümayəndələrinə ötürmək olub.

Məktəbin direktoru Nazim Salmanov və kitabxananın müdiri İnqa Namazova çıxışlarında ümummilli liderin Heydər Əliyevin parlaq həyatı və ideyaları ilə bağlı fikirlərini səsləndirdikdən sonra haqqında çəkilmiş sənədli filmə baxıblar.

Ümumi tanışlıqdan sonra məktəbli ziyarətçilər oxumaq istədikləri kitablara görə kitabxanaya üzv olublar. Sonda xatirə şəkli çəkilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz