İsmayıllıda uşaqlar üçün Yen il şənliyi təşkil olunub

2022-ci ilin son günlərində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırovun təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Uşaq Gənclər İnkişaf Mərkəzində uşaqlar üçün bayram şənliyi təşkil edilib.

Dərnək üzvlərimiz tərəfindən “Qış nağılı” adlı əyləncəli tamaşa nümayiş etdirilib, İsmayıllı şəhər 1, 2 və 3 saylı bağça uşaqlarının təqdim etdikləri rəqs və səhnəciklər, eləcədə Şaxta baba və Qar qız, nağıl personajları kiçik yaşlı tamaşaçıların alqışları ilə qarşılanıb. Tədbirin sonunda İsmayıllı RİH-i tərəfindən səhnədə çıxış edən iştirakçılara və zalda əyləşən bütün uşaqlara bayram hədiyyəsi verilib.

Şərh Yaz