12 DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR Ulu öndər Heydər Əliyevi qürur hissi, hörmət və ehtiramla anırıq

Dünya tarixində hakimiyyəti dövründə Vətəni və xalqı üçün əvəzsiz xidmətləri olan çoxlu dövlət başçılarını nümunə göstərmək olar. Təbii ki, hər bir insan öz Vətənini və xalqını sevməli və onun üçün canından belə keçməyə hazır olmalıdır. Lakin, tarixdə elə bir Lider, elə bir İnsan var idi ki, O, nəinki öz canını və qanını Vətəni uğrunda, milləti uğrunda qurban verməyə hazır idi, hətta öz övladlarının belə həyatından Vətənini, Azərbaycanını üstün tuturdu. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmışdır. 2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Bizim and yerimiz olan şəhid valideynləri, ailələri Ümummilli lideri ziyarət edərkən.

Zaur Muradov,

YAP İsmayıllı rayon təşkilatının sədri

Şərh Yaz