Tanınmış müəllimin doğum günü qeyd olunub        

 

Ömrünün 50 ildən çoxunu təhsil sahəsinə həsr etmiş və hazırda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müəllim kimi fəaliyyət göstərən İzhar Məmmədkazım oğlu Kazımovun doğum günü çalışdığı kollektiv tərəfindən qeyd edilib.

Tədbirdə çıxış edənlər İ.Kazımovun əmək fəaliyyətindən, keçdiyi şərəfli ömür yolundan, əldə etdiyi çoxsaylı nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, bu sevimli insan əsil vətənpərvər, milli-mənəvi dəyərləri özündə cəmləyib, ətrafdakılara bəxş etməyi ustalıqla bacaran ağsaqqal, xeyirxah bir ziyalıdır.

Kollecin müəllim və tələbə heyəti, tədbirə dəvətlilər İzhar müəllimə uzun ömür, can sağlığı arzulayıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz