Atalar sözləri və məsəllər                      

 

Alim yazar, nadan pozar.

Allah döyəni, bəndə döyməz.

Avamlıq eyib deyil, abırsızlıq eyibdir.

Ağılın açarı dildir.

Ağıllı toyda, axmaq vayda oynayar.

Ağıl bazarda satılmır ki, ağılsız da ala.

Ağıllı adam qocalmaz, ucalar.

Ağsaqqalın sözünü kəsmək ədəbsizlikdir.

At yerişindən, igid duruşundan tanınar.

Bazara pulsuz gedən, gora imansız gedər.

Bir ürəkdə iki məhəbbət olmaz.

Bir doğru söz min yalandan yaxşıdır.

Böyüyün yolunu gözləməyən böyürə-böyürə qalar.

Bivəfa gözəldən yar olmaz.

Qibləni tanımır, namaz qılır.

Qonşunu yox istəyən özü var olmaz.

Quyu dərin olanda suyu sərin olar.

Dost başa baxar, düşmən ayağa.

Dostunu satan, düşmən tapar.

Ədəb dədədən, əda gədədən keçər.

Əl mərd olar, göz namərd.

İnsanı söz, kababı köz yandırar.

Yayda yatan, qışda varını satar.

Molla ilə oturma, arxada mürdəşir olar.

Mollanın qənimi aşıqdır.

Özünü öymək kişiyə yaraşmaz.

Sərxoşun qeyrəti araq şüşəsindədir.

Təvazökarlıq tərbiyədən doğar.

Tənbəl əməyi yox, yeməyi sevər.

Xəzinəni qazıb taparlar, elmi yazıb.

Haramzadə qarışdırar, halalzadə barışdırar.

Çənədən saz olan, ağıldan az olar.

Cavanın gözü, qocanın sözü iti olar.

Toplayanı: Əli Mehdiyev (Əli baba)

 

Şərh Yaz