Zəfər Gününə həsr edilmiş hərbi-idman oyunları keçirilib          

8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Möhtəşəm Qələbəmiz tarixin Zəfər Salnaməsidir!” adlı hərbi-idman oyunu keçirilib. Şəhid valideynləri, rayon rəsmiləri də bu qürurverici yarışa qatılıblar.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra yarışa start verilib. Yarış Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın bu günlərdə açlışında iştirak etdiyi İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbində keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılmasından ibarət olub.

 

Şərh Yaz