44 günə göstərilən birlik, Şanlı Qələbə                  

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xidmət şöbəsinin oxu zalında Zəfər Günü ilə əlaqədar “Şanlı qələbəmiz” mövzusunda tədbir təşkil edilib.

Tədbir Azərbaycan Dövlət himni ilə başlanıb. Tədbirin aparıcısı, xidmət şöbəsinin əməkdaşı Aytəkin Dəmirovanın 44 günlük müharibədə Qələbəyə gedən Zəfər Günündən bəhs edən çıxışı dinlənilib. Qarabağın mənfur düşməndən azad olunması uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəblilərin ifasında Şanlı Qələbəmizə aid şeirlər səsləndirilib və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşanın azad olunması müjdəsini verən çıxışı səsləndirilib.

Sonra MKS-nin direktor müavini Ruhiyyə Mirzəyeva, metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Əbilova çıxış ediblər. Çıxşlarında Şanlı Qələbə münasibətilə hamını təbrik edərək 44 gün ərzində xalqımızın göstərdiyi birlikdən, ordumuzun yenilməz qüdrətindən bəhs edib, tədbiri təşkil edən kitabxana əməkdaşlarına, vətənpərvər ruhda böyüyən məktəblilərə təşəkkür bildiriblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Esmira Mikayılova

 

Şərh Yaz