Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanlı alimləri, yazıçıları mükafatlandırdı       

Azərbaycanlı Nəvaişünas alim, tərcüməçi, ədəbiyyatşünas, professor Ramiz Əskər, türkoloq alim, tərcüməşünas, professor Nizami Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin eksperti, yazıçı-publisist Əkbər Qoşalı Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri diplomları ilə təltif olunublar.

Azərbaycanlı şair, publisist, Dünya Gənc Türk Yazarlar Birliyi idarə heyətinin sədri İntiqam Yaşar, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair, tərcüməçi Şahməmməd Dağlaroğlu, alim, tərcüməçi Şahistə Kamranlı, Sumqayıt Poeziya Evinin direktoru İbrahim Hacıyev, Hüquqi və İqtisadi Təhsil üzrə Regional İctimai Birliyinin sədri Arzu Bağırova Dostluq Cəmiyyətinin Fəxri Fərmanlarına layiq görülüblər.

Qeyd edək ki, ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafı, Özbək ədəbiyyatının tədqiqi, təbliği istiqamətində fəaliyyətləri, habelə xalqlar arasında dostluğumuzu geniş təbliğ edən bu şəxslərin fəaliyyəti Dostluq Cəmiyyəti tərəfindən təqdir edilmişdir.

“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair, tərcüməçi Şahməmməd Dağlaroğlunun adının təltif olunanlar sırasında olması oxucularımız üçün sevindirici xəbərdir.

Təltif olunanları təbrik edir, dəyər verənləri, gündən-günə artan və möhkəmlənən Azərbaycan-Özbəkistan dostluq əlaqələrini alqışlayırıq!

İsmayıllı xəbərləri”

 

Şərh Yaz