Vergi ödəyicilərinə şəhadətnamələr verilir          

İsmayıllı bələdiyyəsi üzrə vergi ödəyicisi olan fiziki şəxslərin qeydiyyata alınması işində önəmli əhəmiyyəti olan məsələnin həlli son mərhələyə çatdırılıb.

Belə ki, bələdiyyə üzrə vergi ödəyicisi olan fiziki şəxslərə onların birdəfəlik qeydiyyata alınmaları barədə nümunəvi şəhadətnamələr verilir.

Vahid formada hazırlanmış şəhadətnamənin ön görünüşündə vətəndaşın kimliyi və vergi ödəyici kodu, arxa hissəsində isə yaddaş xarakterli qeydlər yer alıb.

İlk qeyddə vətəndaşa əmlak və torpaq vergisini Vergi Məcəlləsinin hansı maddələrinə əsasən ödəməli olduqları xatırladılır.

İkinci qeyddə vergilərin ödəmə vaxtları, eləcə də ödəmənin ləngidilməsinə görə elektron qaydada hesablanan faiz barədə xəbərdarlıq diqqətə çatdırılır.

Üçüncü qeyd mülkiyyət sahibinin dəyişdiyi halda şəhadətnamənin bələdiyyəyə müraciət etməklə yeni istifadəçinin adına hansı qaydalarla yenidən hazırlanması haqqında məlumat verilir.

Hazırlanmış şəhadətnamələr vergi ödəyicisi olan şəhər sakinləri ilə bələdiyyə arasında əlaqəyə müsbət təsir göstərməklə yanaşı, vergi mədəniyyətinin yüksəlməsinə də şərait yaradacaqdır.

Ülkər Əsədova

 

 

 

 

Şərh Yaz