İcra başçısı bir qrup qazi ilə birlikdə futbol izləyib                    

İyulun 3-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı I, II Qarabağ müharibəsi iştirakçıları və ehtiyatda olan hərbiçilərlə birlikdə Avropa çempionatının dörddəbir final mərhələsini izləyib. Bu, oyunu izləmək arzusunda olan bir qrup Qarabağ qazisinin istəyi ilə olub. Onlar ilk öncə birlikdə nahar edib. Daha sonra Bakı Olimpiya Stadionunda ayrılmış yerdə Çexiya və Danimarka komandalarının oyunlarını seyr ediblər.

Arzularını gerçəkləşdirdikləri üçün qazilər RİH başçısına və AFFA-nın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Çexiya və Danimarka oyununu izləməkdə bir səbəb də 2018-ci ilin may ayında İsmayıllı rayonu ilə Cənubi Çexiya regionunun Qluboko Na Vitavu şəhəri arasında ikitərəfli əməkdaşlığa dair protokolun imzalanmasıdır.

Şərh Yaz