Ordu xalqın, xalq ordunun dayağıdır                   

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı tədbir təşkil edilib.

Tədbir öncəsi rayondakı Şəhidlər xiyabanı ziyarət edilib. Ziyarətçilər şəhidlərin əziz ruhuna dualar oxuyub, məzarları üstə tər güllər qoyublar.

İştirakçılar Uşaq Kitabxanasının iclas zalına qayıdaraq, tədbiri davam etdiriblər. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İsmayıllı rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Ruhiyyə Lətifova Milli Ordunun yaranma tarixindən bəhs edib.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Lətifli Orxan Xancan oğlu haqqında hazırlanmış videoslayd nümayiş etdirilib.

Sonda İsmayıllı Rayon MKS-nin direktoru Könül Baxışova və Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov çıxış edərək bu şərəfli gün münasibəti ilə hər kəsi təbrik ediblər.

Esmira Mikayılova

Şərh Yaz