Fəxri ada görə minnətdarlıq                          

Xəbər verdiyimiz kimi 45 illik səhnə fəaliyyəti ilə xalqın  sevgisini qazanmış müğənni Sahibə Abdullayevaya Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri  adı verilib.

Bir neçə gün əvvəl fəxri adın vəsiqəsi və döş nişanı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tərəfindən Sahibə Abdullayevaya təqdim olunub.

Yüksək fəxri adın qürurunu yaşayan S.Abdullayeva bildirib ki, mənə Əməkdar mədəniyyət işçisi adını layiq gördüyünə görə cənab Prezidentimiz İlham Əliyevə, mədəniyyət və incəsənət işçilərinin fəaliyyətinə diqqət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin hörmət və minnətdarlığımı bildirirəm. Biz birlikdə güclüyük! Yolumuz İlham Əliyev yoludur!

İsmayıllı xəbərləri”

Şərh Yaz