Qaziyə icra hakimiyyətində vəzifə verilib                  

İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

RİH başçısı Nahid Bağırov müvafiq Sərəncamına əsasən, Vətən müharibəsinin qazisi Novruzov Vüqar Əliağa oğlu RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin edilib.

V.Novruzov 1981-ci il tarixində İsmayıllı şəhərində anadan olub, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin İdarəetmə mühəndisliyi ixtisasını bitirib. 17 il Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib. V.Novruzov “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley və “Vətən naminə” medalları ilə təltif olunub.

Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sol ayağını itirib. Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Şərh Yaz