İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə    

2021-ci il yanvarın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 145  nəfər və ya 1,6 faiz azalaraq 8772 nəfər olmuş, onlardan 5347 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3425 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 31,0 faizi təhsil, 27,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,7 faizi peşə, elmi və texniki fəaliyyət, 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 8,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2020-ci ilin ilkin məlumatlarına əsasən rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 444,2 manat olmuşdur. İqtisadiyyatın, maliyyə və sığorta fəaliyyətində orta aylıq nominal əmək haqqı 1113,5 manat, təhsildə 530,0 manat, emal sənayesində 532,0 manat, səhiyyədə 438,1 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sektorunda isə 622,2 manat olmuşdur.

Allahverdi Mirzəyev,

İsmayıllı Rayon Statistika İdarəsinin məsləhətçisi            

Şərh Yaz