DÖNDÜ

 

Ölümündən sonra “Vətən uğrunda medalı ilə təltif edilmiş, İsmayıllı rayonunun lyan kənd sakini Osmanlı Teymur Saday oğlunun əziz xatirəsinə

 

Sən elə ucaldın o ucalıqdan,

Yolun qələbəyə, zəfərə döndü.

Döyüş yollarında söküldükcə dan,

Qaranlıq gecələr səhərə döndü.

 

Adladın alovdan, adladın oddan,

Geyib libasını dolu buluddan,

Polada, Fəridə qovuşduğun an,

Düşmənin sevinci kədərə döndü.

 

Dünyaya tər-təmiz kökünlə gəldin,

Mənəvi borcunla, yükünlə gəldin,

Cılız bədəninlə, çəkinlə gəldin,

Sinən Vətən üçün sipərə döndü.

 

Sənin halalındır ananın südü,

Sənin halalındır ata öyüdü,

Ailən kiçildi, Vətən böyüdü,

Ruhun pərvazlanıb göylərə döndü.

 

Sığmaz bu tabuta Teymur kimi nər,

Şəhid ola bilməz hər kişi, hər ər,

Adını eşidən bütün gözəllər,

Sənin ilk sevdiyin dilbərə döndü!

Sənin ilk sevdiyin dilbərə döndü!

brayıl seyn,

İsmayıllı rayonunun Cülyan kəndi,  2020-ci il

Şərh Yaz