İLİNİZ UĞURLU OLSUN                                Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2021-ci ilin istehsalat təqvimi təsdiq edilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

 

1, 2 Yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq Hüzn Günü;

8 Mart – Beynəlxalq Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

9 May – Faşizm üzərində Qələbə günü;

13, 14 may – Ramazan bayramı;

28 May – Respublika Günü;

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

20 İyul – 21 iyul – Qurban bayramı;

8 Noyabr – Zəfər Günü

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

 

 

Şərh Yaz