Gülzirə Şərifova,  Özbəkistan Zülmət geridə qaldı        

Gülzirə Şərifova,                               

Özbəkistan

Zülmət geridə qaldı                   

 

Zülmət geridə qaldı, yetişdi fərəhli gün,

Qan tökdün, babamın torpağı deyə.

Şaddır qələbəndən el, ölkə bütün,

Mübarək söyləyək bu Qələbəyə!

 

Otuz il can atdın həqiqətlərə,

Şəhidlər yolunda can qurban etdi.

Üzü sırtıq oldu arsız düşmənin,

Uzanan əllərin səmaya yetdi.

 

Dünya dayaq verdi həqiqətinə,

Sözü əməli bir, böyük Sərkərdə.

Min-min alqış onun cəsarətinə,

Mübarək söyləyək, mübarək bir də!

 

Bu gün azad oldu torpağın bişəkk,

Daim gül açasan, Vətən – canda can!

Köksünü dolduran zəfər mübarək,

Ey Odlar ölkəsi, dost Azərbaycan!

 

Azərbaycan dilinə çevirən: Şahməmməd Dağlaroğlu

Şərh Yaz