Xidmət razılığa səbəb olub                                    

1 iyul 2020-ci il tarixdən 30 gün müddətinə İsmayıllı rayon sakinlərinə xidmət göstərmək məqsədi ilə
Qəbələ Səyyar ASAN xidmət avtobusuna İsmayıllı şəhəri, Babək küçəsi 26-da (Heydər Əliyev parkının qarşısı) yer ayrılıb.

Vətəndaşlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi  üzrə xidmət göstərilib
Səyyar “ASAN xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanıblar. Bu xidmətlərə, həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.

ASAN xidmətdən yararlananlar işin təşkilatçılarından və xidmət göstərənlərdən razılıq edirlər.

İsmayıllı xəbərləri”

Şərh Yaz