Növbəti reyd                               

 

İsmayıllıda dövlət strukturları rəhbərlərinin iştirakı ilə növbəti reyd baş tutub. Əhalinin koronavirusdan qorunma ilə  əlaqədar məsuliyyətinin manitorinqində icra hakimiyyətinin başçısı, prokuror, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərlərinin iştirak etməsi məsələnin ciddiliyini bir daha büruzə verib.
Reyd İsmayıllı şəhərinin intensiv hərəkət olan küçələrini, bazarı, bazar ətrafını və ictimai nəqliyyatı əhatə edib.
Məqsəd pandemiyanın rayonda yayılması təhlükəsinə qarşı tədbirlərin tətbiqinə nail olmaq, mümkün qədər hər kəsə maarifləndirici məlumatların çatdırılması olub.
Reyd zamanı ticarət, ictimai-iaşə, məişət xidməti obyektinə baxış keçirilib, karantin qaydalarına laqeyd münasibətdə olanlar cərimələnib, tələbləri pozanlara xəbərdarlıq edilib. Vətəndaşlara tibbi maskalardan istifadə və sosial məsafənin qorunması bir daha tövsiyyə olunub, Xəbərdarlıq alanlara maarifləndirici məlumat vərəqələri paylanıb.

Reyddə İsmayıllı şəhər icra nümayəndəliyi və İsmayıllı bələdiyyəsinin əməkdaşları da iştirak ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz