Məktəblilərimiz fənn olimpiadalarının Respublika turunun qalibidir

İsmayıllı rayon ümumtəhsil məktəblərinin 9 nəfər şagirdi Respublika fənn olimpiadalarının finalında uğur qazanıb. Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən olimpiadalar 3 mərhələdən ibarət olub. Birinci mərhələdə İsmayıllıdan IX-XI siniflər üzrə 590 şagird 8 fənn üzrə müsabiqədə iştirak edib, onlardan 104-ü zona mərhələsinə vəsiqə qazanıb. Zona mərhələsində Azərbaycan dili, biologiya, coğrafiya, kimya, tarix fənlərindən mübarizə aparan şagirdlərimizdən 13-ü finala vəsiqə qazanıb.

Finalda qaliblərin 5 nəfəri ikinci, 4 nəfəri isə üçüncü yeri tutub:

Möhübova Yeganə – II yer (2 saylı tam orta məktəb) Azərbaycan dili, Ağayev Raul – II yer (6 saylı tam orta məktəb) Azərbaycan dili, Səfərli Əbülfəz – II yer (Lahıc qəsəbə tam orta məktəbi) coğrafiya, Namazova Lamiyə – II yer (3 nömrəli məktəb-lisey) coğrafiya, Salehova Aytən – II yer (3 nömrəli məktəb-lisey) coğrafiya, Abbaszadə Arzu – III yer (Talıstan kənd tam orta məktəb) biologiya, Aslanov Tamerlan – III yer (Sumağallı kənd tam orta məktəb) coğrafiya, Babayev Rəşad – III yer (6 saylı tam orta məktəb) kimya, Mikayılova Ləman – III yer (2 saylı tam orta məktəb) tarix.

Qalibləri və fənn müəllimlərini təbrik edir, onlara yeni uğurlar arzulayırıq.

G.Mirzəliyeva

Şərh Yaz