Yardımlar ünvanlarda verilir

ismayilli-ih.gov.az saytından əldə etdiyimiz məlumata görə İsmayıllı rayonunda koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan, aztəminatlı və digər həssas kateqoriyaya aid ailələrə ərzaq yardımı verilməsi davam edir. Bu qəbildən olan ailələrə sovqat qutuları ünvanlarında çatdırılır. Söz yox ki, göstərilən diqqət və qayğıya görə yardımlar razılıq və minnətdarlıqla qarşılanır.
Möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı altında respublikanın bütün bölgələrində keçirilən bu aksiyada aprel ayının 23 və 24-də İsmayıllı rayonunda 100 ailə sevindirilib. Yerli icra hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İsmayıllı Suvarma Sistemləri İdarəsi və xeyirxah iş adamının dəstəyi ilə hәyata keçirilәn aksiyada rayonun Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları və gənclərdən ibarət könüllülərin iştirakı ilə yardımlar ehtiyaclılara verilib. Aksiyadan təkcə İsmayıllı şəhərininin deyil, rayonun 19 kəndində yaşayan imkansız, əlil, ağır xəstəliklərdən əziyyət çəkən ahıl insanlar yararlana bilib.

 

Şərh Yaz