Aztəminatlı ailələrə sovqatlar paylanıb

ismayilli-ih.gov.az saytına istinad edərək bildiririk ki, “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İsmayıllı rayonunda aztəminatlı ailələrə sovqatlar paylanılıb
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İsmayıllı rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə sovqatlar paylanılıb.
Sovqatlar “bizbirlikdegucluyuk.az” portalına və RİİB-in 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında RİİB könüllülərinin iştirakı ilə İsmayıllı şəhəri və rayonun qəsəbə və kəndlərində ünvanlara çatdırılıb.
Vətəndaşlar göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Şərh Yaz