400 ailəyə yardım olunub

Dövlətin, humanist, vətənpərvər xeyriyyəçilərin koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan insanlara diqqət və qayğısı gündən-günə artmaqdadır.


İsmayıllıda aztəminatlı, imkansız, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanların yaşadığı 400 ailə İsmayıllı Rayon İcra Hakimiyyəti və “Haqqin.Az” xəbər portalının dəstəyi ilə baş tutmuş xeyriyyə aksiyasından yararlana bilib.


Sovqat bağlamalarının ünvanlara paylanmasında rayonun gənc könüllüləri də iştirak ediblər.
Yardım aksiyası İsmayıllı şəhərini, eləcə də rayonun bütün kənd və qəsəbələrini əhatə edib.

 

Şərh Yaz