Dar gündə insanlara dəstək olaq

Bu gün Ruşan kənd tam orta məktəbinin pedaqoji kollektivi yekdilliklə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanan xeyirxahlıq aksiyasına qoşulub və kənddə yaşayan 11 imkansız ailəyə yardım olunmasını reallaşdırıb.
#Bizbirlikdəgüclüyük! Pedaqoji heyət digər kollektivləri də belə gözəl bir təşəbbüsə qoşulmağa dəvət edir. Kollektivin hər bir üzvü bildirir ki, xeyirxahlıq babalarımızdan qalıb. İnsallah, bəsəriyyəti bürüyən bu bəla sovuşar, həyat öz ahənginə düşər. Dar gündə imkansızlara dəstək olmaq isə daimi borcumuzdur.

Şərh Yaz