Xalqımızın qan yaddaşı

14 yanvar 2020-ci il tarixdə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş “20 Yanvar – Xalqımızın qan yaddaşı” adlı inşa yazı müsabiqəsi keçirilib.

Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimovun iştirakı ilə keçən tədbirdə “20 Yanvar faciəsinin xalqımızın taleyindəki rolu” haqqında rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış ediblər.

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin istedadlı şagirdlərindən ibarət qrup 20 Yanvar fasiəsinin 30-cu ildönümünə hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.

Sonda Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova müsabiqənin şərtlərini rayonun ümümtəhsil məktəblərini təmsil edən 65 nəfər şagirdə açıqlayıb.

Ü.Zeynalova

Şərh Yaz