Ağbulaq kəndində görüş-qəbul keçirilib

İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun əhali ilə görüşləri ənənə halını alıb. Belə sayar görüş-qəbullardan biri 19 sentyabr 2019-cu il tarixdə Ağbulaq kəndində baş tutub.

Respublika prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında çəkilən Ağbulaq-Qoşakənd asfalt yolun  sevincini yaşayan ağbulaqlılar ölkə rəhbərinə minnətdarlıqla görüş-qəbulda həmişəkindən mütəşəkkil iştirak ediblər.

Tədbirdə  giriş nitqi söyləyən M.Sadıqov ölkədə, o cümlədən İsmayıllıda həyata keçirilən Dövlət proqramlarından, həmin proqramların uğurlu nəticələrindən danışıb. İsmayıllıda aparılmış tikinti-quruculuq işlərindən, sosial problemlərin həlli ilə vətəndaşların qazandığı rahatlıqdan söz açıb.

Başçı bir neçə gün əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın İsmayıllıya səfəri, səfər öncəsi tikintisi başa çatdırılmış obyektlər barədə açıqlama verib.

M.Sadıqov görüş-qəbula gələnlərin təklifi, şikayət və xahişi ilə maraqlanıb. Çıxış və xahişlərdən bəlli olub ki, kənddə su və elektrik enerjisi təminatının yaxşılaşdırmasına, bu yaxınlarda istifadəyə verilmiş artezian quyusunun və  kənddəki elektrik transformatorlarının daha güclüsü ilə əvəz olunmasına, yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, təbii qaz çəkilişinə ehtiyac vardır.

Başçı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti  qurumlara tapşırıqlar verib.  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərovun da iştirak etdiyi görüş-qəbulda cari ilin fevral ayında baş vermiş zəlzələ ilə bağlı müraciətlərə də aydınlıq gətirilib.

Ş.Soltanov

Şərh Yaz