Kamil – Beynəlxalq dərəcəli idman ustası

7-12 iyun tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində poverliftinq üzrə Avropa çempionatında həmyerlimiz Kamil Qafarov sinədən qaldırmada I yeri,  mütləq çəkidə isə II və III yeri tutub.

Kamil idmanın bu növü üzrə ən titullu idmançılardan biri olmaqla hakimlərin diqqət mərkəzinə düşüb, yarışdakı nailiyyətlərinə və çoxillik idman uğurlarına görə Rusiya Poverliftinq Federasiyası K.Qafarovu Beynəlxalq dərəcəli idman ustası adına layiq görüb.

Qazandığı nailiyyətlərə görə rayonun idmansevərləri adından K.Qafarovu təbrik edir, ona daha yüksək uğurlar əldə etməyi arzulayırıq.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz